VII Qlobal Bakı Forumu işə başlayır

   VII Qlobal Bakı Forumu işə başlayır
  14 Mart 2019    Oxunub:3332
Bu gün VII Qlobal Bakı Forumu öz işinə başlayır.
Azvision.az -ın məlumatına görə, martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 70-dən çox ölkəsindən 450 nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumun bu gün keçiriləcək açılış mərasimində Prezident İlham Əliyev, Əfqanıstan Prezidenti Əşrəf Qani, Albaniya Prezidenti İlir Meta, Moldova Prezidenti İqor Dodon, Montoneqro Prezidenti Mila Dukanoviç və Bolqarıstanın baş naziri Boyko Borisovun çıxışı gözlənilir. Həmçinin İtaliya Prezidenti Sergio Mattarella, Böyük Britaniyanın baş naziri Tereza Mey və BMT baş katibi Antonio Quttereşin forum iştirkçılarına müraciətinin səsələndirilməsi nəzərdə tutulub.

Tədbir çərçivəsində "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu", "Davamlı inkişaf çağırışları", "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu" və digər mövzularda panel iclasları keçiriləcək. Əsas panel iclasların biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq. Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılacaq.

Azvision.az


Teqlər: Forum  





Xəbər lenti