Sosial Adaptasiya Mərkəzinin strukturu təsdiqlənib

  14 Mart 2019    Oxunub : 568
Sosial Adaptasiya Mərkəzinin strukturu təsdiqlənib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturu təsdiqlənib və işçilərinin say həddi müəyyən edilib.
Azvision.az xəbər verir ki, Baş nazir Novruz Məmmədov bununla bağlı qərar imzalanıb.

Qərara əsasən, Sosial Adaptasiya Mərkəzinin işçilərinin say həddi 42 vahid müəyyən edilib. Mərkəzin strukturu isə inzibati idarəetmə heyəti, Sosial reabilitasiyanın təşkili, Təsərrüfat və xidmət şöbələrindən ibarət olacaq.

Azvision.az

Teqlər: Nazirlər-Kabineti