FES baza faiz dərəcəsini dəyişmədi

FES baza faiz dərəcəsini dəyişmədi
  21 Mart 2019    Oxunub:1895
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) baza faiz dərəcəsini hazırkı 2,25-2,5% səviyyəsində saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə FES-in çərşənbə günü keçirilən iclasdan sonra yaydığı məlumatda bildirilib.

FES, həmçinin 2019-cu ildə ABŞ-da inflyasiya səviyyəsi üzrə proqnozunu1,8%-ə qədər, ölkə ÜDM-nin artım proqnozunu isə 2,1%-ə qədər azaldıb.

Azvision.az



Teqlər: FES  





Xəbər lenti