Çinin iqtsadi islahat proqramı dövlət müəssisələrini təzyiq altına qoyur

Çinin iqtsadi islahat proqramı dövlət müəssisələrini təzyiq altına qoyur
  18 Noyabr 2013    Oxunub:1454
Çinin əhatəli iqtsadi islahat proqramı ölkənin dövlət müəssisələrini misilsiz bir təzyiq altına almaqla yanaşı, bəzi sektorların dominantlığına son qoya bilər. Bu qərar Kommunist Partiyasının sessiyası zamanı qəbul edilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə sonu elan edilən dəyişikliklər arasında sosial məsələrdən tutmuş ətraf mühit, korrupsiya ilə mübarizə, orduda yenidənqurma və bir sıra sahələri əhatə edən məsələlər yer alır.

Çində biruşaqlı ailə siyasəti və əmək düşərgələri qanunlarında dəyişiklik edilib.Valideynlərindən biri tək uşaq olan ailələrə iki övlad sahibi olmaq icazəsi verilir və əmək düşərgələri vasitəsi ilə tərbiyələndirmə siyasəti ləğv edilir.

Çinin insan hüquqları müdafiəçilıəri abort və sterilizasiya kampaniyaları ilə müşayiət edilən biruşaqlı ailə siyasətini tənqid edirdi.

190 min insanın saxlandığı əmək düşərgələrinin nə ilə əvəz ediləcəyi məlum deyil.

Pekinin ölüm cəzasına dair maddələri də azaldacağı gözlənilir.

Amnesty International kimi insan hüquqları təşkilatları bildirir ki,dünya ölkələri birlikdə götürülsə, Çində son illər ərzində daha çox insan edam edilib.

60 sahəni əhatə edən islahat proqramında mühüm yeri iqtisadi islahatlar tutur. Son illər iqtisadi artım sürəti azalan Çin yeni iqtisadi modelin təsisi ilə bağlı çağırışlarla üzləşirdi.

Yeni model idxal deyil, ixraca üstanlük verməklə yanaşı, daxili istehlaka təkan verilməsini nəzərdə tutur. Beləliklə Çinin kiçik və orta bizneslərinə yeni imkanlar açılır və onların dövlət nəzarətində olan iqtisadiyyatda rolları genişlənir.

Təhlilçilər yeni islahat paketinin böyük inkişaflara yol açacağını deyir. Kaliforniya universitetinin professoru, iqtisadçı Barri Nauqton deyir ki, sənədi hazırlayanlar dövlətin nəzarətində olan təsisatlarda əhəmiyyətli islahatlar aparılmasını nəzərdə tutub.

Sənəddə dövlət müsəssisələrinin şəffaflıq nümayiş etdirmələri və büdcələri ilə bağlı hesabat vermələri irəli sürülür.


Teqlər:





Xəbər lenti