İcra başçısı "Jurnalistlər binası"nın sakinləri ilə görüşüb
Zeynalov qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin diqqəti və qayğısı nəticəsində artıq jurnalistlər üçün iki bina istifadəyə verilib və üçüncü binanın tikintisi də başa çatmaq üzrədir: "Bu baxımdan, media təmsilçilərinin qayğılarını öyrənmək, problemlərin həllində bilavasitə iştirakçı olmaq Səbail RİH-nin birbaşa vəzifələrindən biridir".
Jurnalistlərin təkliflərini dinləyən Vüqar Zeynalov onların hər biri ilə ayrı-ayrılıqda maraqlanacağını və qısa zamanda həll olunacağını bildirib.
Qeyd edək ki, jurnalistlərin müraciətləri əsasən sosial infrastruktur, abadlıq, yol, nəqliyyat, iaşə xidməti və digər məsələlərlə bağlı olub.
Azvision.az
Teqlər: Səbail İcra Jurnalistlər Görüş