“Minsk 2019” - İdmançımız erməni rəqibini məğlub etdi

  22 İyun 2019    Oxunub : 1261
 “Minsk 2019” - İdmançımız erməni rəqibini məğlub etdi
Belarusda keçirilən ikinci Avropa Oyunlarının boks yarışlarında rinqə çıxan Azərbaycan idmançısı Lorenzo Sotomayor erməni rəqibini böyük hesabla məğlub edib.
Azvision.az xəbər verir ki, 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Sotomayor onaltıdabir finalda Qurqen Madoyan ilə üz-üzə gəlib. Boksçumuz rəqibinə heç bir şans verməyərək inamlı qələbə qazanıb – 5:0.

Qeyd edək ki, Sotomayor səkkizdəbir finalda Maqomed Şaçidov (Almaniya) – Adem Fetahoviç (Bosniya və Herseqovina) qarşılaşmasının qalibi ilə görüşəcək.

Azvision.az

Teqlər: Boks   Erməni   Rinq   Avropa-Oyunları