Bakıda avtomobil dayanacağında yanğın olub

Bakıda avtomobil dayanacağında yanğın olub
  15 İyul 2019    Oxunub:1742
Bakıda yanğın qeydə alınıb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisindəki avtomobil dayanacağında “Nissan" markalı minik avtomobilinin 2 ədəd təkəri, mühərrik və salon hissəsi yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin güzgüsü əriyib.

Hər iki avtomobilin qalan hissələri və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti