Traktor qaz xəttini qırdı - 105 abonent qazsız qaldı

  14 Sentyabr 2019    Oxunub : 1610
Traktor qaz xəttini qırdı - 105 abonent qazsız qaldı
Yevlax rayonunun Bünyabad kəndində qazıntı işləri aparan traktor 32 millimetr diametrində olan polietilen qaz xəttini qırıb.
Azvision.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, bərpa işləri aparılanadək 105 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

Azvision.az

Teqlər: Yevlax   Qaz