AXCP-yə yaxın mənbələrdən Azvision.az -a daxil olan məlumata görə, ailənin boşanma ərəfəsində olması xəbəri doğrudur. Yaxın aylarda boşanma rəsmiləşəcək.

Maraqlıdır ki, Zümrüd Yağmur "Facebook" profilində Fuad Qəhrəmanlı ilə evli olması barədə qeydi də silib. Hətta onu dostluqdan çıxarıb. Məlum olub ki, F.Qəhrəmanlının ailəsində münasibətlər hələ onun həbsindən əvvəl pisləşməyə başlayıb. Son günlər isə şiddətli hal alıb.

Xatırlayırsınızsa, Z.Yağmurun F.Qəhrəmanlı həbsdə olarkən Milli Şuranın keçirdiyi mitinqlərə geyiminin üzərində həyat yoldaşının yox, Nardaran hadisələrinə görə həbs edilən Hacı Talehin (Bağırov) fotoları ilə qatılması diqqətdən yayınmamışdı.
Sual olunurdu ki, hansı səbəbdən onun yaxasına taxdığı vərəqədə ərinin yox, Taleh Bağırzadənin şəkli olub, öz həyat yoldaşından çox radikal dindarı müdafiə edən çıxışlar edib?.
Hazırda baş verən hadisələr sualların əbəs yerə verilmədiyini, cütlük arasında xoşagəlməz hadisələrin yaşandığını təsdiqləyir.
Azvision.az