İƏT-in Baş katibi Paşinyana etirazını bildirdi

  20 Sentyabr 2019    Oxunub : 5304
 İƏT-in Baş katibi Paşinyana etirazını bildirdi
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə bu il avqustun 5-də səfər edərək orada səsləndirdiyi bəyanatla bağlı dərin narahatlığını ifadə edən açıqlama verib.
Bu barədə Azvision.az -a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Baş katib Ermənistan rəhbərliyinin bu bəyanatı və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü pozan əməllərinin beynəlxalq hüququn prinsiplərinə və beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymadığını və regional sülh və təhlükəsizliyə hədə təşkil etdiyini qeyd edib.

O, münaqişənin sülh yolu ilə həlli üzrə BMT və İƏT nizamnamələrinin müddəalarına, Helsinki Yekun Aktına, BMT TŞ-nin 1993-cü il tarixli qətnamələrinə, İƏT-in müxtəlif qətnamələrinə istinad edərək, Ermənistan Respublikasını münaqişənin sülh yolu ilə həlli üçün BMT TŞ-nin müvafiq qətnamələri əsasında Azərbaycan Respublikası ilə sülh danışıqlarına çağırıb.

Azvision.az

Teqlər: İƏT   Qarabağ   Paşinyan