“Vəkillik xidmətinə ehtiyac günbəgün artır” - Ədliyyə naziri

  04 Oktyabr 2019    Oxunub : 1652
 “Vəkillik xidmətinə ehtiyac günbəgün artır” - Ədliyyə naziri
"Vəkil təkcə təmsil etdiyi şəxslər üçün hüquqi yardım göstərmir, o, həm də ədalət mühakiməsinin həyata keçirilməsində fəal iştirak etməklə vahid məhkəmə təcrübəsinin formalaşmasına töhfəsini verir"
Azvision.az xəbər verir ki, bunu Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

Nazir bildirib ki, Azərbaycanda vəkillik 1919-cu ilə, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin dövrünə təsadüf edir.

“Sovet höküməti qurulduqdan sonra Azərbaycanda müstəqil vəkillik inistitutundan söhbət gedə bilməzdi. Onilliklər ərzində vəkillik Ədliyyə Nazirliyinin faktiki tərkibində olub. Ədalət mühakiməsi olmayan ölkədə vəkillik də ola bilməz. Vəkillik xidməti müstəqil hüquqi təhcizat kimi yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümumilli lider Heydər Əliyev tərəfindən formalaşdırılıb. Onun rəhbərliyi ilə həyata keçirilən hüquqi-islahatlar çərçivəsində ilk olaraq vəkillik haqqında qanun qəbul edilib və onun müstəqil təhcizat kimi inkişafına zəmin yaradılıb. Bu gün məhkəmə-hüquq sistemində mühüm və əvəzsiz rolu olan vəkillik Prizedent İlham Əliyevin rəhbərliyi ilə mütərəqqi islahatlar aparılmaqla təkmil bir struktura çevrilib".

F.Məmmədov bildirib ki, Azərbaycan vəkilliyi hazırda öz inkişafının yeni mühüm mərhələsini yaşayır. “Vəkillik xidmətinə ehtiyac günbəgün artır. Sön dövrlər şəffaf müsabiqələrlə keçirilən seçimlər nəticəsində ölkəmizdə vəkillərin sayı 2 dəfə qədər artıb və bu tendesiya davam edir. Müasir və qloballaşan dünyada vəkillərin rolu durmadan artır. Vəkillərdən yeni hüquqi vərdiş və bacarıqlar tələb olunur”.

Azvision.az

Teqlər: Fikrət-Məmmədov