“ASAN xidmət” beynəlxalq əməkdaşlığını genişləndirir

 “ASAN xidmət” beynəlxalq əməkdaşlığını genişləndirir
  04 Oktyabr 2019    Oxunub:1581
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdədir.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildiriblər ki, səfər çərçivəsində Koreyanın Ali Elm və Texnologiya İnstitutu (KAIST) ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Nümayəndə heyəti KAIST Universitetinin prezidenti ilə görüşüb, universitetin startap məktəbi, IT və innovasiyalar üzrə kadr quruculuğu proqramları ilə tanış olub. Agentlik ilə KAIST Universiteti arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə ilkin razılıq da əldə edilib.

Agentliyin sədr müavini Ceyhun Salmanov Koreyaya səfəri çərçivəsində Seul şəhərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təşkil edilən “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin vətəndaşlara xidmət üzrə potensialının artırılması” mövzusunda seminarın bağlanış mərasimində də iştirak edib. O, iştirakçıları təbrik edərək onlara sertifikatlar təqdim edib.

Həmin layihəyə 2017-ci ildə başlanılıb və bu günə qədər agentliyin, “ASAN xidmət” mərkəzlərinin 50-dən çox əməkdaşı müvafiq seminarlarda iştirak edib. Budəfəki seminarda agentliyin Elektron Hökumətin İcra Qrupunda təmsil olunan bir sıra dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

Azvision.az



Teqlər: ASAN-xidmət  





Xəbər lenti