Sahil Babayevin qəbul vaxtı dəyişdi

Sahil Babayevin qəbul vaxtı dəyişdi
  05 Oktyabr 2019    Oxunub:2327
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin bu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin oktyabr ayında Tərtər rayonunda keçirəcəyi qəbul günü dəyişib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, həmin rayonda Tərtər və Ağdam rayon sakinlərinin qəbulu oktyabrın 25-də keçiriləcək.

Azvision.az



Teqlər: ƏƏSMN   Sahil-Babayev   Nazir   Qəbul  





Xəbər lenti