MSK sədri: “İdeal seçici siyahısı tərtib etmək mümkün deyil”

  11 Oktyabr 2019    Oxunub : 1142
 MSK sədri: “İdeal seçici siyahısı tərtib etmək mümkün deyil”
“Dairə seçki komissiyalarının sədrləri seçkilərin ölkə üçün nə dərəcədə önəmli olduğunu bilməlidirlər. Azərbaycanda siyasi sabitlik seçkilərin təhlükəsiz keçirilməsi üçün birinci göstəricidir”
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

MSK sədri bildirib ki, Azərbaycanda seçki sistemi Avropa standartlarına uyğunlaşdırılıb: “Seçki sistemi təkmilləşdirilib, zamanla qanunvericiliyə müvafiq dəyişiklikər edilir. Ölkədə seçkilərin təşkilində siyasi iradə ortada olub. Müəyyən qarşıdurmaya cəhdlər olub. Amma bunlara baxmayaraq, nailiyyətlər əldə etmişik. MSK-nın seçki işi ilə əlaqəli olan beynəlxalq qurumlarla əməkdaşlığı davam edir. Bəzi hallarda Azərbaycandakı seçki sistemini bəyənməyiblər, biz onlara izah etmişik, müzakirələr aparmışıq. Hazırda ucqar rayonlarda da səsvermənin həyata keçirilməsi üçün bütün şərait yaradılıb. Bununla belə, arxayınlaşma olmamalıdır. Bilirsiniz ki, seçki vasitəsilə ölkələrə müdaxilə etməyə cəhd edirlər. Dünyada durduqca bu cür problemlər də olacaq, çəkinmək lazım deyil. Heç bir ölkədə seçkilər xoşagəlməz halların baş verməsindən sığortalanmayıb. Seminar-müşavirə keçiririk ki, xoşagəlməz halların sayı az olsun. Dünyanın heç bir yerində ideal seçici siyahısı tərtib etmək mümkün deyil.”

Anar Kəlbiyev
Azvision.az

Teqlər: MSK