Google, Apple və Facebook Obamaya məktub ünvanladı - VİDEO

Google, Apple və Facebook Obamaya məktub ünvanladı - VİDEO
  11 Dekabr 2013    Oxunub:609
Google, Apple və Facebook şirkətləri Prezident Obamaya xüsusi xidmətlər və azadlıqlar haqqında məktub ünvanlayıb.
AzVision.az xəbər verir ki, ABŞ-ın ən iri şəbəkə xidmətləri, o cümlədən Google, Apple və Facebook ölkə prezidentinə açıq məktubla müraciət edərək dövlət strukturlarının fəaliyyətinə nəzarətin sərtləşdirilməsini tələb ediblər.

Euronews xəbər verir ki, xüsusi xidmətlərin şəbəkədən əldə etdikləri şəxsi xarakterli informasiyadan necə istifadə etmələri bu korporasiyaları narahat edir.

Şirkətlərin fikrincə, bu cür fəaliyyət vətəndaşların azadlılarını ciddi şəkildə məhdudlaşdırır.

Görünür son zamanlar ABŞ xüsusi xidmətlərinin çevrəsində yayılan dinləmə xəbərləri və qeyri-qanuni dinləmələrdə məhz bu şirkətlərin adının çəkilməsi ikinci tərəfi təşvişə salıb.




Teqlər:  





Xəbər lenti