Nikolas Maduro Bakıdadır - FOTO

  24 Oktyabr 2019    Oxunub : 756
 Nikolas Maduro Bakıdadır - FOTO
Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.
Azvision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.



Venesuela Prezidenti Nikolas Maduronu hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Azvision.az

Teqlər: Venesuela   Maduro   Səfər