Bakıda ruhi xəstə silsilə oğurluqlar edib

  30 Oktyabr 2019    Oxunub : 627
Bakıda ruhi xəstə silsilə oğurluqlar edib
Bakıda silsilə oğurluqlar edən ruhi xəstə saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən mılumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini E.Namazəliyevin "QAZ-31" markalı avtomobilindən mobil telefonunu soyğunçuluq yolu ilə aparan, rayon ərazisindəki evlərdən birinin həyətindən elektrik sobası, habelə Biləsuvar rayon sakini İ.Abbasovun mobil telefonunu oğurlayan şəxsin hazırda Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəbiyev olması müəyyən edilib.

Azvision.az

Teqlər: DİN   Oğurluq