Rusiyalı politoloq: “Bu qış Paşinyanın siyasi taleyi üçün həlledici olacaq” - VİDEO

  31 Oktyabr 2019    Oxunub : 929
Rusiyalı politoloq: “Bu qış Paşinyanın siyasi taleyi üçün həlledici olacaq” - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan bir-birinin ardınca səhvlər edir.
Bunu Azvision.az - eksklüziv açıqlamasında rusiyalı politoloq Oleq Kuznetsov deyib.

Politoloq hesab edir ki, əgər Paşinyan Ermənistan daxilində informasiya boşluğunda olsaydı, bu ölkə əhatə olunduğu dünyadan xarici informasiya təzyiqini hiss etməsəydi, 50 il əvvəlin tarixi kontekstində tamamilə dözümlü, xarizmatik "lider" olardı:



"Amma indiki şəraitdə onun hər səhvi Azərbaycan, Rusiya, İran, Türkiyə mediasında, Avropada böyük diqqətlə nəzərdən keçirilir. Rusiyada deyildiyi kimi "Senka şapkasına görə deyil". Paşinyan özünü çox yüksəkdə hiss edir, ölkəsinin imic resurslarını, informasiyalarını idarə etmir, daim səhvlərə yol verir. Bütün bunlar onun reytinqinin durmadan aşağı düşməsinə səbəb olur.

Və deməliyəm ki, Ermənistanda bu qış bir sıra səbəblərə görə onun siyasi taleyi üçün həlledici olacaqdır. Paşinyan qlobal iqtisadi artım, əhalinin həyat səviyyəsinin yaxşılaşmasını vəd etdi, amma bunlar baş vermir. Ermənistanda yaşayış səviyyəsi yalnız ona görə daha da aşağı düşmür ki, artıq bu, çox aşağı səviyyədədir. Son üç ildə Ermənistanda büdcə kəsiri rekord həddə artıb. Onun şansı gətirdi ki, keçən qış kifayət qədər mülayim idi və Ermənistan nəzərə çarpacaq dərəcədə enerji zərbələrindən xilas oldu".

Kuznetsova görə, əgər bu qış iqlim xüsusilə sərt olarsa və enerji istehlakı artarsa, insanlar istiliyə daha çox pul xərcləyəcəklər. Bir erməni ailəsinin ortalama büdcəsi yaşayış minimumundan aşağıdırsa, onda vəziyyət sosial partlayışa səbəb ola bilər.

"Daim yoxsulluqdan əziyyət çəkən və ən kasıb erməni başa düşəcək ki, növbəti addım artıq uçuruma doğru atılmış addımdır. Erməni cəmiyyətində uzun müddət toplanmış emosiyalar püskürməyə səbəb ola bilər. Bu mənada, Paşinyanın özünün gələcəyi barədə düşünməsi lazımdır".

Kuznetsovun fikrincə, Paşinyanın populizmi əvvəlcə çox müsbət qəbul edilirdi, amma indi belə deyil. Belə ki, ermənilər şüurlu şəkildə monoetnik özünü təcrid üçün səy göstərirlər və məsələn, nasistlər yəhudiləri gettoya sürməkdə günahlandırılırsa, ABŞ-da xüsusi ərazilərdə yerləşən afroamerikalılar üçün ucuz mənzil yaratmaq meyli varsa, müasir gettonun analoqu ondadır ki, Ermənistan tamamilə könüllü olaraq təcrid olunmağa gedir. Paşinyanın populizmi də buna uyğundur.

Vadim Mansurov
Tərcümə: Pərvanə Sultanova

Azvision.az

Teqlər: Rusiya   Paşinyan   Politoloq