Napoleonun çəkmələri hərracda bu qiymətə satıldı - FOTO
"Napoleonun məşhur çəkmələri 117 min 208 avroya satıldı. İmperiyanın pərəstişkarları əvvəlki kimi çoxdur”, - Drouot-un nümayəndəsi deyib.
Məlumata görə, Napoleon bu çəkmələri Müqəddəs Yelenada sürgündə olarkən geyinib.
Daha sonra onun dostu və adada Bonapartı müşayiət edən generallardan biri olan Henri Bertran həmin çəkmələri imperatorun at üzərində heykəlini hazırlamaq üçün heykəltaraş Karlo Marokettiyə verib.
Əvvəlcə çəkmələrin qiyməti 50 - 80 min avro olaraq qiymətləndirilirdi.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Napoleon