Magistraturaya qəbul qaydaları dəyişəcək

  03 Dekabr 2019    Oxunub : 1953
 Magistraturaya qəbul qaydaları dəyişəcək
Magistraturaya qəbul imtahanı qaydalarında dəyişiklik edilməsi ilə bağlı müəyyən təkliflər var.

Bunu Azvision.az -a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib. Onun sözlərinə görə, hazırda təkliflər komissiyada müzakirə olunur.
“Müzakirələr başa çatdıqdan sonra məlumat veriləcək. Qəbul qaydalarında dəyişikliklərin olması nəzərdə tutulur”.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının II mərhələsinin ləğv olunacağı ilə bağlı məlumatlar yayılıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: DİM   İmtahan