Nazir bildirib ki, Rusiya-Azərbaycan münasibətləri nümunəvidir və strateji xarakter daşıyır: "Bu il
Prezident İlham Əliyev iki dəfə rusiyalı həmkarı Vladimir Putinlə görüşüb, Birinci vitse-prezident
Mehriban Əliyevanın Rusiyaya səfəri çox məhsuldar oldu. İki ölkə arasında ciddi əhəmiyyətli təcrübə mövcuddur. Ölkələrimiz arasında ticarət dövrəyyəsi 2,5 milyarda çatlb. Cari ili 3 milyard dollarlıq ticarət dövriyyəsi ilə yekunlaşdırmağı düşünürük".
E.Məmmədyarov qeyd edib ki, Azərbaycan Cənubi
Qafqazda Rusiyanın əsas ticarət tərəfdaşıdır: "Bugünkü görüşdə beynəlxalq məsələləri, o cümlədən
Dağlıq Qarabağ münaqişəsini ətraflı müzakirə etdik. Əminik ki, bu məsələdə irəli getmək lazımdır. Əməkdaşlıq rifah gətirməlidir. Bu məsələ daim Rusiya ilə gündəmimizdədir".
Pərvanə Sultanova Azvision.az Teqlər: XİN Məmmədyarov