ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

   ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib
  09 Dekabr 2019    Oxunub:1902
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, ARDNF-nin yeni tərkibinə Azərbaycanın Baş Naziri, Milli Məclis sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.

Azvision.az



Teqlər: ARDNF  





Xəbər lenti