FHN liftdə qalan 5 nəfəri xilas edib

  13 Dekabr 2019    Oxunub : 875
FHN liftdə qalan 5 nəfəri xilas edib
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai, Binəqədi və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az

Teqlər: FHN   Xilasetmə