Qubada yanğın olan məktəblə bağlı açıqlama

Qubada yanğın olan məktəblə bağlı açıqlama
  13 Dekabr 2019    Oxunub:2747
Qubada məktəbdə yanğın olub.
Bu barədə Azvision.az -a rayon Təhsil Şöbəsindən məlumat verilib. Bilirilib ki, dekabrın 13-də Qubanın Tülər kənd ümumi orta məktəbinin çardağında 14:15 radələrində yanğın hadisəsi baş verib. Məktəb rəhbərliyi tərəfindən dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şimal regional idarəsinə məlumat verilib.

Yanğın hadisəsi baş verərkən məktəbin ikinci növbəsində II və III siniflərində təhsil alan 21 şagird təcili təxliyə olunub, heç bir uşaq xəsarət almayıb. Dərhal görülən tədbirlər nəticəsində məktəbin birinci mərtəbəsi yanğından mühafizə olunub.

Bu məktəbdə təhsil alan şagirdlərin yaxınlıqdakı Aşağı Tüləkəran kənd tam orta məktəbiində tədrisə cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, Tülər kənd ümumi orta məktəbində 100 şagird təhsil alır, 16 müəllim və 8 texniki işçi çalışır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Quba   Yanğın   Təhsil  





Xəbər lenti