Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir

 Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir
  19 Dekabr 2019    Oxunub:2406
"Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir".

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib. O bildirib ki, yüksək gəlirli, inkişaf etmiş ölkələrdə bu göstərici 30 faizə çatmır, təxminən 26 faizdir.
"Qeyri-infeksion xəstəliklərdə ölüm göstəricisi dünyada 70 yaşa qədər əhali arasında 44 faizdir. Qeyri-infeksion xəstəliklərin yükü istər xəstələnmə, istər ölüm göstəricisinə, istərsə də əlilliyə görə digər yoluxucu xəstəliklərdən yüksəkdir. Dünya üzrə əhalinin yaşlanma göstəricisi artır. Bu, yoluxucu xəstəliklərlə mübarizənin nəticəsidir. Buna baxmayaraq, qeyri-infeksion xəstəliklərin yükü artır. Hazırda bu xəstəliklərə diqqət artıb".



Nazir müavininin sözlərinə görə, Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizə ciddi şəkildə aparılmalıdır: "Burada yalnız öhdəlik səhiyyənin üzərinə düşmür. Bütün qurumlar birgə mübarizə aparmalıdır. Fiziki aktiv həyatın təbliği, maarifləndirmə, tütündən istifadənin azaldıması buna misaldır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Xəstəlik  





Xəbər lenti