Parlament seçkilərində iştirak edəcək partiyaların sayı 15-ə çatdı

  20 Dekabr 2019    Oxunub : 1646
 Parlament seçkilərində iştirak edəcək partiyaların sayı 15-ə çatdı
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 15-ə çatıb.
Azvision.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha dörd partiyanın – Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının və Vəhdət Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Xatırladaq ki, bundan əvvəl 11 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki