XİN Tbilisi görüşü ilə bağlı məlumat yaydı

   XİN Tbilisi görüşü ilə bağlı məlumat yaydı
  22 Dekabr 2019    Oxunub:3788
Sabah Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçiriləcək.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüş zamanı nazirlər üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan müxtəlif məsələlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə muzakirələr aparacaqlar.

Görüş çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun həmkarları ilə ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulur.

Azvision.az



Teqlər: XİN   Tbilisi   Görüş  





Xəbər lenti