MSK-nın mətbuat qrupunun tərkibində dəyişiklik olub

MSK-nın mətbuat qrupunun tərkibində dəyişiklik olub
  17 Yanvar 2020    Oxunub:2084
Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, bir sıra KİV-lər bununla bağlı MSK-ya müraciət edib.

Elə bu səbəbə görə də mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb. Təklif edilib ki, “ANS” telekanalı, “Olaylar” və “Gündəlik Teleqraf” qəzetləri qrupun tərkibindən çıxarılsın, “Azad Azərbaycan” TV, “Real” Təhlil və İnformasiya Mərkəzi (“Real” TV), “Report” İnformasiya Agentliyi və “Gündəlik Teleqraf” MMC-nin nümayəndələri MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibinə daxil edilsin.

Təklif səsə qoyularaq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament   Deputat  





Xəbər lenti