“Soyuq əllər, isti ürək” yarmarkası uğurla başa çatıb

“Soyuq əllər, isti ürək” yarmarkası uğurla başa çatıb
  17 Yanvar 2020    Oxunub:3466
Dekabrın 1-dən yanvarın 13-dək “Nargis” fond tərəfindən Fəvvarələr meydanında təşkil olunan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası uğurla başa çatıb.
Azvision.az xəbər verir ki, artıq yeddinci ildir keçirilən qış yarmarkasından əldə olunan gəlir 401.479 AZN təşkil edir. Ənənəyə sadiq qalaraq, toplanan ümumi gəlir müxtəlif diaqnozlu körpələrin müalicə və əməliyyatları üçün sərf olundu. Bundan əlavə, yarmarkanı dəyərli və fəxri qonaqlarımız – uşaq evlərin sakinləri ziyarət ediblər.



Bu xeyirxah işin ərsəyə gətirilməsində bizə dəstək olan sponsorlarımıza, iştirakçılarımıza , eləcə də qonaqlarımıza dərin minnətdarlığımızı bildiririk! Daha ətraflı məlumatı, xəstəxana fakturalarını və fond tərəfindən edilən bank köçürmələrini nargisfund.com saytımızdan əldə edə bilərsiniz.



Qeyd edək ki, xeyriyyə fondu 2012-ci ildə "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən Azərbaycanda xeyriyyə ənənələrini yaşatmaq və davam etdirmək məqsədi ilə təsis edilmiş, 2013-cü ildə isə aktiv fəaliyyətə başlamışdır. Məhz o zaman bu gözəl ənənənin - "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının təməli qoyulmuşdur. Təsis olunduğu gündən etibarən fond tərəfindən bir sıra xeyriyyə layihəsi, uşaq evləri və qocalar evlərinə, aztəminatlı ailələrə maddi dəstək, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatları həyata keçirilmişdir. 2019-cu ildən etibarən Novruz bayramına həsr olunan yaz yarmarkası "Torpaq əlimdə, bahar ürəyimdə" Fondun tərəfindən təşkil edilir.





Azvision.az



Teqlər: Yarmarka  





Xəbər lenti