Azərbaycanda bir dəqiqəlik sükut

Azərbaycanda bir dəqiqəlik sükut
  20 Yanvar 2020    Oxunub:3988
Azərbaycanda saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azvision.az xəbər verir ki, ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, Bakı buxtasındakı gəmilər, qatarlar fit verib.

20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrdə və gəmilərdə dövlət bayraqları endirilib.

Qeyd edək ki, bu gün 20 Yanvar faciəsinin törədilməsindən 30 il keçir.

Azvision.az


Teqlər: 20-Yanvar  





Xəbər lenti