Qatarlara bilet satışı qaydalarında dəyişiklik

 Qatarlara bilet satışı qaydalarında dəyişiklik
  23 Yanvar 2020    Oxunub:3978
Ölkə daxilində hərəkət edən qatarlara bilet satışı qaydalarına dəyişiklik edilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Azvision.az -a verilən məlumata görə, yeni qaydaya əsasən, sərnişinlər biletləri qatarların yola düşməsinə 10 gün deyil, 30 (otuz) gün qalmış əldə edə biləcəklər.

Dəyişiklik bilet satışının təkmilləşdirilməsi və sərnişinlərin biletləri daha rahat və tez almasına xidmət edir. Bilet satışında yeni qayda yanvarın 23-dən tətbiq oluncaq.

Azvision.az



Teqlər: Qatar   Bilet  





Xəbər lenti