Bakıda iki avtobus qəzaya düşdü - Xəsarət alanlar var

  30 Yanvar 2020    Oxunub : 1752
 Bakıda iki avtobus qəzaya düşdü - Xəsarət alanlar var
Paytaxtın Ziya Bünyadov prospektində iki sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.



Onun sözlərinə görə, qəzaya səbəb 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət edən (90 LF 973 Dövlət Qeydiyyat Nişanlı) minik avtomobilin sürücüsünün qəfil əyləcə basması olub. Bu zaman minik avtomobilin arxası ilə hərəkətdə olan “İ-Qafqaz” şirkətinin müvəqqəti istismarında olan 211 nömrəli marşrut xətti üzrə sərnişin avtobusu (10 TG 263 Dövləq Qeydiyyat Nişanlı) avtomobillə toqquşub. Eyni istiqamətdə hərəkətdə olan Xaliq Faiqoğlu şirkətinin müvəqqəti istismarında olan 85 nömrəli marşrut xətti üzrə sərnişin avtobusu (99 JP 595 Dövlət Qeydiyyat Nişanlı) isə 211 nömrəli avtobusa dəyib.

Qəza nəticəsində hər iki avtobusda olan sərnişlərdən bəziləri xəsarət alıb.

"Qeyd edilən qəza bir daha onu göstərir ki, hələ də əksər daşıyıcılara aid avtobus sürücülərinin peşəkarlığı qənaətbəxş deyil. Buna da səbəb daşıyıcıların sürücü heyəti ilə əmək münasibətlərini düzgün və qanunvericiliyin tələbinə uyğun qurmaması, nəticədə qeyri-peşəkar şəxslərin sürücü kimi işə cəlb olunmasıdır. Bir daha daşıyıcılara bildiririk ki, müntəzəm marşrutlar üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirərkən təhlükəsizliyin təmin edilməsi məqsədi ilə mövcud qanunvericiliyin və Bakı Nəqliyyat Agentliyinin tələblərinə ciddi riayət olunmalıdır. Sərnişinlərin rahatlığı və təhlükəsizliyi mühüm əhəmiyyət kəsb etdiyinə görə bu qaydalara əməl etməyən daşıyıcıların müvəqqəti istismarında olan xətlər müsabiqəyə çıxarılmaqla onlarla bağlanan müqaviləyə xitam veriləcək",- deyə M.Ağayev vurğulayıb.



Azvision.az

Teqlər: Qəza   Avtobus