“Yüksəliş” müsabiqəsinin imtahan vaxtları açıqlandı

“Yüksəliş” müsabiqəsinin imtahan vaxtları açıqlandı
  07 Fevral 2020    Oxunub:6366
Fevralın 8-də “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsi ilə bağlı yaradılan İşçi qrupun rəhbəri Fərhad Hacıyev müsabiqənin qeydiyyat mərhələsinin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, imtahanda Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla, hər fənn üzrə 21 sual təqdim olunacaq.

"Onlayn mərhələnin ikinci hissəsi olan qabiliyyət imtahanının testlərinin demo variantı fevralın 23-də təqdim ediləcək. Testlərin demo variantı tanışlıq xarakteri daşıdığından onların cavablandırılması tələb olunmur. Onlayn mərhələnin qabiliyyət imtahanı isə martın 1-də keçiriləcək. Qabiliyyət imtahanı üzrə testlər 3 blok - abstrakt (mücərrəd) düşüncənin, rəqəmsal və verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə aparılacaq".

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektvli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Müsabiqə  





Xəbər lenti