Məzahir Pənahov jurnalistlərə təşəkkür etdi

Məzahir Pənahov jurnalistlərə təşəkkür etdi
  26 Fevral 2020    Oxunub:2634
Polis seçkilərə kölgə salacaq heç bir hərəkətə yol verməyib.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, polis seçkidə öz işinin öhdəsindən gəlib: "Polis orqanları da seçkidə peşəkarlıq nümayiş etdirdilər. O cümlədən, aiddiyyatı dövlət qurumları seçkilərin keçirilməsində mühüm addımlar atdılar".

MSK sədri mətbuat işçilərinə də təşəkkür edib: "Bizim fəaliyyətimizin güzgüsü kütləvi informasiya vasitələridir. Media fəaliyyətini peşəkarlıqla həyata keçirdi. Mərkəzi Seçki Komissiyası olaraq media işçilərinə minnətdarlıq edirik. Ədalət naminə deyək ki, biz də sizin fəaliyyətinizə bütün şəraiti yaratmışdıq".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti