Şəhid əsgərimiz dəfn olundu - YENİLƏNİB

  06 Mart 2020    Oxunub : 4584
Şəhid əsgərimiz dəfn olundu - YENİLƏNİB
Düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan əsgəri Orxan Paşazadə ilə vida mərasimi keçirilib.

Azvision.az xəbər verir ki, Cəlilabad rayonunun Cəfərxanlı kəndində keçirilən mərasimdə şəhidin yaxınları, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhidin nəşi kənd qəbirstanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.





Anar Kəlbiyev
Azvision.az

Teqlər: Şəhid   Əsgər