Prezident Milli Məclisə yeni qanun layihəsi göndərib

  10 Mart 2020    Oxunub : 2566
 Prezident Milli Məclisə yeni qanun layihəsi göndərib
Dünən Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə əmanətlərin sığortalanması müddətinin uzadılması barədə qanun layihəsi daxil olub.
Azvision.az xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev AzTV-yə müsahibəsində bildirib.

Aparat rəhbəri qeyd edib ki, qanun layihəsi yaxın vaxtlarda keçirilən iclaslarda müzakirəyə çıxarılaraq qəbul ediləcək.

Qeyd edək ki, 4 mart 2016-cı ildə “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvəyə mindikdən sonra banklarda qəbul edilən tam sığortalanmasına (əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla) başlanılıb. Bu şərtlər çərçivəsində, 4 Mart 2016-cı il - 4 Mart 2019-cu il tarixlərində yerləşdirilmiş əmanətlər müddəti bitənədək tam sığortalı olub.

Azvision.az

Teqlər: MilliMəclis   Layihə