“2-3 həftə səbr etsək, normal həyata qayıda bilərik” - Ramin Bayramlı

 “2-3 həftə səbr etsək, normal həyata qayıda bilərik” -    Ramin Bayramlı
  08 Aprel 2020    Oxunub:7211
Biz 2-3 həftə səbr etsək və inkubasiya dövrünü, siptomatik halları evdə keçirsək, yoluxma zəncirini qırsaq, sonra normal həyatımıza qayıda biləcəyik
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, pasiyentlərin hansı ssenari ilə sayının artmasına hazırlıq görülüb: “22 tibbi müəssisə ayrılıb. Onların kollektivi səfərbər edilib. Bundan sonra qonşu rayonlara Bakıdan təcrübəli mütəxəssislər cəlb edilib. Əlimizdə bütün ssenarilərə uyğun planlar var. Xəstəliyin qarşısının alınması önəmlidir. Süni tənəffüsə keçə biləcək xəstələrin sayı artarsa, bizi acı nəticələr gözləyə bilər. Gənclərin də xəstəliyi ağır keçirməsi halları müşahidə edilir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti