Koronavirusla bağlı SMS sistemi təkmilləşdirilib

Koronavirusla bağlı SMS sistemi təkmilləşdirilib
  06 May 2020    Oxunub:2365
SMS vasitəsilə test cavablarının göndərilməsi yaxın zamanda tətbiq olunacaq.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, texniki problemləri aradan qaldırmaq üçün sistem yenidən təkmilləşdirilib.

“Bir ailədə bütün üzvlər testdən keçir, nəticələrin göndərilməsi üçün bir nömrə verilir. Bu səbəbdən nəticələr göndərilən zaman problem yaranmışdı. Sistem yenidən təkmilləşdirilir və yaxın zamanda tətbiqinə başlanılacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: SMS   Sistem  





Xəbər lenti