Vilyam Hacıyevin oğlu işdən çıxarıldı

   Vilyam Hacıyevin oğlu işdən çıxarıldı
  07 May 2020    Oxunub:3296
İmişli Rayon İcra Hakimiyyətinin həbs olunan sabiq başçısı Vilyam Hacıyevin oğlu tutduğu vəzifədən azad olunub.
Azvision.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun əmri ilə Məhəmməd Vilyam oğlu Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad edilib.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.

Azvision.az


Teqlər: VilyamHacıyev  





Xəbər lenti