Zaur Hüseynovdan kondisioner açıqlaması

 Zaur Hüseynovdan kondisioner açıqlaması
  08 May 2020    Oxunub:3749
Bakı Metropoliteninin parkı 280 vaqondan ibarətdir. Onlardan 55-i 4-cü nəsil vaqonlardır.
Azvision.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC -nin sədri Zaur Hüseynov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mütəmadi olaraq köhnə vaqonlar yenisi ilə əvəzlənir.

"Köhnə vaqonlara müasir kondisionerlərin quraşdırılması mümkün deyil. İstehsalçı ilə bunu danışdıq, mümkün deyil. Kondisioner olmasa da, ventilyasiya sistemi var və bunu da işlək vəziyyətə gətirmişik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Metro  





Xəbər lenti