Koronavirusdan ölənlərin sayı 310 mini keçdi

   Koronavirusdan ölənlərin sayı 310 mini keçdi
  17 May 2020    Oxunub:5257
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 4 milyon 677 min 128 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 310 min 434 nəfərdir. İndiyədək 1 milyon 785 min 348 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti