Ceyranbatandakı yanğın söndürüldü - Yenilənib

Ceyranbatandakı yanğın söndürüldü -  Yenilənib
  14 İyun 2020    Oxunub:5589
Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən saat 17:13-də söndürülüb.
Bu barədə Azvision.az-a FHN-dən məlumat verilib.

***
(14:57)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır. Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Yanğın   Ceyranbatan  





Xəbər lenti