TƏBİB: Yayılan video Bəhram Bağırzadəyə aid deyil

  TƏBİB:  Yayılan video Bəhram Bağırzadəyə aid deyil
  16 İyun 2020    Oxunub:3320
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Əməkdar artist Bəhram Bağırzadə ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib.
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, son günlər sosial şəbəkələrdə guya Bəhram Bağırzadənin pandemiya xəstəxanasında çəkilmiş videosu yayılıb:

"Sözügedən videomaterialda hazırda “Yeni Klinika” tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb. B.Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir".

Qeyd edək ki, Əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasında koronavirus infeksiyasından müalicə alır.

Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti