Jurnalistlər yalnız bu şərtlərlə fəaliyyət göstərə bilər - DİN rəsmisi açıqladı

 Jurnalistlər yalnız bu şərtlərlə fəaliyyət göstərə bilər -    DİN rəsmisi açıqladı
  20 İyun 2020    Oxunub:5451
"Jurnalistlərin adları çalışdıqları KİV tərəfindən icaze.e-gov.az saytına daxil edilməlidir. Jurnalistin çalışdığı KİV Bakıda fəaliyyət göstərirsə, həmin şəxs Bakı, Sumqayıt və Abşeron ərazisində fəaliyyət göstərə bilər".
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisi bildirib ki, jurnalistlər bu icazə ilə ölkənin digər yerlərinə gedə bilməzlər: "Bunun üçün jurnalistin çalışdığı KİV tərəfindən ezamiyyə vərəqəsi verilməlidir. Ezamiyyətdə isə konkret müddət göstərilməlidir. Yəni həm icaze.e-gov.az saytında qeydiyyat, həm də ezamiyyə vərəqi lazımdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Jurnalist   Karantin   İcazə  





Xəbər lenti