Paşinyanın arvadı Qarabağda döyüş təlimi keçdi - FOTO

 Paşinyanın arvadı Qarabağda döyüş təlimi keçdi -  FOTO
  03 Sentyabr 2020    Oxunub:6664
Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki hərbi hissələrdən birində bir həftəlik döyüş hazırlığı kursu keçib.
Azvision.az xəbər verir ki, bu barədə onun rəsmi saytı məlumat yayıb.

Bir həftə ərzində - avqustun 25-31-də Akobyan və Qarabağda yaşayan daha 15 qadın kursda iştirak edib. Onlar gecəni hərbi hissədə keçirib, müxtəlif növ silahlarla tanış olublar.

Erməni qadınlarına təlimi Qarabağdakı separatçı rejimin “müdafiə ordusunun” zabitləri keçib. Kursun son günü onlar test verərək "müsbət" qiymət alıblar.

Döyüş hazırlığı kursu Akobyanın "Qadınlar sülh naminə" kampaniyası çərçivəsində baş tutub.





Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti