Bağlı qalmış 241 cinayətin üstü açılıb

  22 Sentyabr 2020    Oxunub : 2284
 Bağlı qalmış 241 cinayətin üstü açılıb
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.
Baş Prokurorluqdan Azvision.az -a verilən məlumata görə, bu günün rəqəmi “241”-dir.

Belə ki, 2020-ci ilin I yarımili ərzində Daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241 cinayətin açılması təmin edilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Azvision.az

Teqlər: Prokurorluq   Cinayət