“Ermənistanın baş naziri xalqını aldatmaqla məşğuldur” - Hikmət Hacıyev

 “Ermənistanın baş naziri xalqını aldatmaqla məşğuldur” -  Hikmət Hacıyev
  02 Oktyabr 2020    Oxunub:4742
Dünən Ermənistanın baş naziri öz xalqını təşvişə salacaq formada “Facebook” hesabında paylaşımlar etmişdi. Bu paylaşımlara görə, hansısa dronlar Yerevan üzərində hərəkət edirdilər.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Hikmət Hacıyev deyib: “Dövlətimizin başçısı tərəfindən qeyd edildiyi kimi, Ermənistanın baş naziri hər bir fürsətdə yalan, riyakarlıq və xalqını aldatmaqla məşğuldur. Ermənistan Müdafiə Nazirliyi tərəfindən guya bu dronların vurulması barədə videolar hazırlandı. Lakin bir müddət sonra bu videoların fotoşop olduğu üzə çıxdı və onların silinməsi tələb olundu. Bu, bir daha göstərir ki, yalan əsasında qurulmuş ssenari idi. Onların hər bir yalanı ifşa olunur”.

Prezidentin köməkçisi, həmçinin bildirib ki, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bizim erməni xalqı, mülki əhali ilə işimiz yoxdur. Mülki şəxsləri hərbi obyektlərdən kənar durmağa çağırırıq. Belə olan halda onların da təhlükəsizliyi təmin oluna bilər.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Prezidentinköməkçisi  





Xəbər lenti