“Ermənistan silahları pulsuz əldə edir” - İlham Əliyev

   “Ermənistan silahları pulsuz əldə edir” -    İlham Əliyev
  08 Oktyabr 2020    Oxunub:7601
Türkiyə bizim üçün güclü müttəfiq, tərəfdaş və qardaş ölkədir. Əlbəttə ki, onların verdiyi bəyanatlar onların mövqeyini ifadə edir və biz bu dəstəyə görə Türkiyə hökumətinə, Türkiyə Prezidentinə və Türkiyə xalqına minnətdarıq. Lakin Türkiyə heç bir digər şəkildə bu münaqişəyə cəlb olunmayıb.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 7-də “Euronews” televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan mediaya belə feyk xəbərlər yaymaqla Azərbaycan Ordusunun bacarığını azaltmaq istəyir: “Biz özümüz savaşırıq. Bəli, biz Türkiyədən silahlar alırıq, lakin biz təkcə onlardan almırıq. Bizim əsas silah təchizatçımız Türkiyə deyil. Yəqin bu barədə hər kəs bilir. Beləliklə, bizim müasir türk avadanlığını, o cümlədən döyüş dronlarını almağımız faktı heç kim üçün problem olmamalıdır. Çünki Ermənistan silahları pulsuz əldə edir. Biz onlara görə pul ödəyirik, Ermənistan pulsuz alır. Türkiyə heç bir digər şəkildə münaqişəyə cəlb olunmayıb”.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti