Köçəryan beynəlxalq axtarışa verilə bilər

   Köçəryan beynəlxalq axtarışa verilə bilər
  09 Oktyabr 2020    Oxunub:4237
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın işğal olunmuş Azərbaycan ərazilərinə silah və sursat daşıması barədə məlumatlar yayılıb.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov yerli və Rusiya KİV-lərinin nümayəndələrinin iştirakı ilə keçirilən brifinqdə deyib.
Deputat bildirib ki, beynəlxalq hüquq normalarına əsasən, belə hallara yol verən şəxslər İnterpol xətti ilə axtarışa verilir.

N.Səfərov qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllini dəstəkləyir: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də bunu bəyan edib. Ancaq bunun üçün işğalçı qüvvələr Azərbaycan ərazilərini tərk etməli, Ermənistan tərəfindən ATƏT-in Minsk Qrupuna, beynəlxalq vasitəçilərə işğalçı qoşunların bölgələrdən hansı ardıcıllıqla çıxması barədə cədvəl təqdim edilməlidir”.

Azvision.az


Teqlər: Köçəryan   Silah   Axtarış  





Xəbər lenti