“Ermənistan müharibə cinayətlərini davam etdirir” - Hulusi Akar

 “Ermənistan müharibə cinayətlərini davam etdirir” -  Hulusi Akar
  17 Oktyabr 2020    Oxunub:3009
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla Azərbaycan Müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olub.
Azvision.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Akar Ermənistanın müharibə cinayətlərini davam etdirdiyini vurğulayıb.

Türkiyəli naziri atəşkəs, müzakirə çağırışı edənlərin Ermənistanın cinayətlərini uzaqdan izləməyə davam etməkdə olduqlarını deyib.

H. Akar, həmçinin Füzulinin işğaldan azad olunması və Ermənistanın iki “Su-25” hərbi təyyarəsinin vurulması ilə bağlı həmkarını təbrik edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hulusi-Akar   Zakir-Həsənov  





Xəbər lenti